"Mövsümün ikinci yarısının hazırlığına yanvarın 7-dən başlamışıq. Sumqayıtda, "Kapital Bank Arena"da məşq edirik". Bu sözləri Sport24.az-a açıqlamasında Birinci Liqa təmsilçisi MOİK-in baş məşqçisi Qəzənfər Abbasov deyib.

 

O, komandasının yeni transferlərindən və hazırlıq dönəmində keçirəcəkləri yoxlama görüşləri barədə də məlumat verib: 

"Yeni transferlərimiz var. Hələ ki, 3 futbolçu götürmüşük. Sabir Allahquliyev, İlham Allahverdiyev və Tural Axverdiyevlə anlaşmışıq. Daha 2-3 oyunçu ilə müqavilə bağlamağı düşünürük. Yoxlama oyunlarımız olacaq. Yanvarın12-də "Sabah"ın əvəzedici komandası ilə qarşılaşacağıq. Sonrakı rəqiblərlə vaxt və məkan barədə danışıqlar gedir".

Qeyd edək ki, MOİK Birinci Liqada ilk dövrəni 14 xalla 6-cı pillədə bitirib.