"Baku Sporting" heyətinə yeni futbolçu əlavə edib. Sport24 az xəbər verir ki, I Liqa təmsilçisi "Qəbələ"dən Xəyyam Məmmədlini icarəyə götürüb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

 

20 yaşlı yarımmüdafiəçi son olaraq "Difai"yə icarəyə verilmişdi.