"Qəbələ" Premyer Liqanın XXXI turu çərçivəsində "Qarabağ"la səfərdə keçirəcəyi oyununun hazırlıq prosesini başa vurub. Sport24.az klubun saytına istinadən xəbər verir ki, iki futbolçu komandanın məşqinə qatılmayıb. Ülvi İsgəndərov və Klesio Bauk zədə səbəbindən hazırlıq prosesində iştirak etməyiblər.

 

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – "Qəbələ" qarşılaşması saat 16:30-da başlayacaq.