Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın ilk yoxlama oyununu bu gün keçirib. Sport24.az xəbər verir ki, Rumıniyanın "Qaz Metan" klubu ilə matçda hesab açılmayıb.
Qeyd edək ki, Ağdam təmsilçisi yanvarın 21-i "Şlyonsk Vroçlav" (Polşa), yanvarın 25-i isə “Visla Krakov” (Polşa) klubları ilə qarşılaşacaq. Yanvarın 21-i və 25-i isə daha iki oyun nəzərdə tutulub. Komanda səhər saatlarında Serbiyanın "Batska Topola" və Slovakiyanın "Tatran" klubları ilə üz-üzə gələcək.
Yoxlama matçı
14 yanvar
18:00. "Qarabağ" - "Qaz Metan" (Rumıniya) - 0:0
"Qarabağ": 89. Amin Ramazanov, 29. Marko Veşoviç, 5. Maksim Medvedev, 81. Kevin Medina, 27. Toral Bayramov, 2. Qara Qarayev, 7. Riçard Almeyda, 20. Kadi Borges, 77. Ramil Şeydayev, 10. Abdullah Zubir, 25. İbrahima Vadji.
Baş məşqçi: Qurban Qurbanov.