"Qarabağ"ın ardıcıl 10-cu dəfə iştirak edəcəyi qrup mərhələsinin oyunları "CBC Sport"la canlı yayımlanacaq. Sport24.az xəbər verir ki, "süvarilər"i Avropa Liqasında son 2 mərhələdə matçlarının canlı yayımını təşkil edən "İdman TV" qrupda artıq bunu reallaşdıra bilməcəyək.

Çünki UEFA-nın 3 turnirinin - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının paket halında satışı həyata keçirilir. Hər ölkədə bu hüquq kimdədirsə, o da bunu həyata keçirir. Azərbaycanda bu, artıq neçə ildir "CBC Sport"a məxsusdu. Burda yayım hüququ klubun əlində olmur ki, o, istədiyi telekanalla anlaşsın. 

Xatırladaq ki, "Qarabağ" hazırda iştirak etdiyi Avropa Liqasıın pley-offunda Sloveniyda"Olimpiya"sını keçərsə, bu turnirin, əksi olarsa, Konfrans Liqasının qrup mərhələsində çıxış edəcək.