Misli Premyer Liqasında növbəti təyinat açıqlanıb. Sport24.az xəbər verir ki, I turun "Qarabağ" - "Səbail" qarşılaşmasının VAR təyinatları dəqiqləşib.

Fərid Hacıyev matçın VAR hakimi olacaq. VAR hakiminin köməkçisi funksiyasını Cəmil Quliyev yerinə yetirəcək.

Qeyd edək ki, matç saat 20:00-da "Azərsun Arena"da keçiriləcək.