Bu yay avrokuboklarda iştirak edəcək "Qarabağ" və "Zirə" bu gün yoxlama oyununda qarşılaşacaqlar. Sport24.az xəbər verir ki, "Azərsun Arena"da təşkil olunacaq görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüş iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.
"Zirə" isə Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya "Hayduk"u ilə üz-üzə gələcək. İlk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da "Polyud Stadium"da start götürəcək.