"Qarabağ" klubu futbolçusu Pedro Bikalyo ilə müqavilə müddətini uzadıb. Sport24.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalanıb.

 

Razılaşmaya əsasən, Pedro Bikalyo 2029-cu ilin yayına qədər komandamızın uğurları üçün mübarizə aparacaq.

 

2025-ci ildən "Qarabağ"ın formasını geyinən 24 yaşlı futbolçu 51 oyun keçirib və 1 qola imza atıb.