"Qarabağ" kdünya reytinqində üç pillə geriləyib. Sport24.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda Ağdam klubu 68-ci yerdən 65-ci sıraya düşüb.
Hazırda Qurban Qurbanovun komandasının aktivində 187,5 xal var.
"Sabah" (87,25 xal) 276-cı mövqedən 252-yə, "Zirə" (70,5 xal) 387-dən 360-a qalxıb.
"Araz-Naxçıvan" 390-cı pillədən (57,75 xal) 486-cı yerədək geriləyib.
Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 585 xalla liderdir.