Bu gün "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"la cavab oyununa çıxacaq. Sport24.az xəbər verir ki, İralandiya təmsilçisi ilə qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

 

Matçı İtaliyadan olan hakimlər briqadası idarə edəcək. 

 

Bu komandalar arasında ilk oyunda Qurban Qurbanovun komandası 3:0 hesablı qələbə qazanıb. 

 

Qeyd edək ki, iki oyunun yekun nəticəsinə görə, qalib gələn komanda növbəti mərhələdə "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq. Məğlub isə "HNK Riyeka (Xorvatiya)" - "Ludoqorets" (Bolqarıstan) cütündə məyus olanla üz-üzə gələcək.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu 

30 iyul
 

20:00. "Qarabağ" (Azərbaycan) - "Şelburn" (İrlandiya) - 1:0

Qol: Con Martin, 44-avtoqol

Tofiq Bəhramov adına Respublika stadionu.

Baş hakim: Andrea Kolombo, Stefano Alassio, Dario Cekkoni, Kevin Bonakina (hamısı İtaliya)

VAR: Daniele Doveri (İtaliya)

AVAR: Daniele Paterna (İtaliya)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun - 3:0.

 

Qarabağ: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Kadi Borges, Leandro Andrade, Emmanuel Addai, Abdullah Zubir, Nəriman Axundzadə

Şelburn: Vessel Spil, Kamerin Ledviq, Ceyms Norris, Samuel Bon, Lyuis Templ, Daniel Kelli, Mark Koyl, Ellis Çapman, Con Martin, Kerr Makinroy, Ademipo Odubeko