"Qarabağ" UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Nyukasl"ı qəbul edəcək. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda məşqə çıxıb.
Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" qarşılaşması sabah saat 21:45-də start götürəcək. Komandalar arasındakı cavab görüşü isə ayın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.