Avropa Liqasında əsas mərhələnin VII turunun oyunlarından sonra turnirin statistik göstəriciləri yenilənib. Sport24.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, "Qarabağ" komandası topa sahib olmasa ön sıralarda qərarlaşıb. 

 

"Köhlən atlar" yeddi qarşılaşmada ortalama 54.2 faiz topa sahib olub. Azərbaycan çempionu bu göstəricidə altıncı pillədə qərarlaşıb. 

 

İtaliya təmsilçisi "Roma" (59.3 faiz) birinci, İngilətərənin "Mançester Yunayted" klubu (58 faiz) ikinci, Türkiyənin "Qalatasaray" komandası (56.4 faiz), Belçikanın "Anderlext" kollektivi (54.7 faiz) beşinci, İtaliyanın digər təmsilçisi "Latsio" (54.4) beşincidir. 

 

Qeyd edək ki, ötən gün Rumıniyanın FCSB klubuna 2:3 hesabı ilə uduzan "Qarabağ" növbəti mərhələ şansını itirib.