Bu gün "Qarabağ" Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"u ilə cavab oyununu keçirib. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi rəqibini Bakı Olimpiya Stadionunda qəbul edib.

Cəbəllütariqdə ilk görüş Ağdam təmsilçisinin 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatmışdı. "Qarabağ" bu dəfə rəqibini darmadağı edib.

Bununla da çempionumuz II təsnifat mərhələsində Polşa "Rakuv"u ilə qarşılaşacaq.

Qeyd edək ki, ÇL-də II təsnifat mərhələsinin oyunları 25-26 iyul və 1-2 avqust tarixlərində keçiriləcək. "Qarabağ" bu mərhələdə də ilk görüşünü səfərdə keçirəcək.

 

Çempionlar Liqası, I təsnifat mərhələsi

Cavab oyunu

20:00. "Qarabağ" (Azərbaycan) - "Linkoln" (Cəbəllütariq) - 4:0

Qollar: A.Zubir, 7, B.Mustafazafə, 45+1, R.Cica, 49, M Yankoviç, 62

Hakimlər: Eldorjan Hamiti, Ridiger Çokaj, Ani Koçiaj, Cjapi Kreşnik (Albaniya)

Bakı Olimpiya Stadionu

İlk oyun - 2:1. 

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev(k), 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov (k), 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 7. Yassin Benzia, 10. Abdullah Zubir, 19. Redon Cica

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 81. Kevin Medina, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə

Bas məşqçi: Qurban Qurbanov 

"Linkoln” (Cəbəllütariq): 23. Deyl Kolinq, 6. Bernardu Lopeş (k), 24. Con Sarcent, 21. Nano, 5. İbrahim Ayu, 88. Mandi, 20. Mustafa Yahaya, 10. Liam Uoker, 66. İtan Britto, 9. Kike Qomes, 7. Li Kasyaro

Ehtiyat oyunçular: 1. Nauset Santana, 13. İvan Villanueva, 4. Samson Acayi, 11. Xuampe, 17. Marko Rosa, 19. Xuan Penya, 29. Roy Çipolina, 31. Conatan Şortino, 33. Cumaney Börnet, 77. Kayl Klinton

Bas məşqçi: Xavi Munyoz