“Qarabağ” Uroş Matiçlə yollarını ayırıb. Sport24.az xəbər verir ki, 20 yaşlı serbiyalı yarıımmüdafiəçi ilə olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Qarabağ” göstərdiyi xidmətə görə Uroş Matiçə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.

Xatırladaq ki, xeyli vaxtdı əsas heyətə düşə bilməyən Uroş Ağdam klubuna keçən yay keçmişdi.