Azərbaycan UEFA-nın klublar reytinqində bir pillə irəlilədi. Sport24.az xəbər verir ki, bu, "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qalib gəlməklə ölkəmizin reytinqinə daha 0,250 xal qazandırıb.

 

Xal ehtiyatını 18,375-ə yüksəldən Azərbaycan Rusiyanı (18,299) geridə qoyaraq 29-cu yerdən 28-ci pilləyə qalxıb.

 

27-ci yerdə olan Ukraynanın 18,725 xalı var.

 

Qeyd edək ki, reytinqə İngiltərə başçılıq edir.