UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"la İrlandiyanın "Şelburn" komandaları arasında keçiriləcək cavab matçına bilet satışı davam edir. Sport24.az-a Ağdam klubunun mətbuat xidmətindən verilən xəbərə əsasən, artıq oyuna 25000 bilet satılıb.
Biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Satış məntəqələri
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Xatırladaq ki, "Qarabağ" səfərdəki ilk görüşdə 3:0 hesablı qələbə qazanıb. Cavab oyunu iyulun 30-u Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq.