UEFA Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqəni demək olar ki, təmin edən "Qarabağ" bu raundda iki futbolçusunu itirmək riski ilə üz-üzədir. Sport24.az-ın məlumatına görə, Ağdam klubunda Kevin Medina və Mateus Silva sarı vərəqə limitindədir.
Əgər hər iki oyunçu bu gün İngiltərədə "Liverpul"la keçiriləcək matçda sarı vərəqə alarsa, pley-off mərhələsinin ilk qarşılaşmasında iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, hər iki müdafiəçi Liqa mərhələsində artıq iki dəfə sarı vərəqə alıb.
"Liverpul" – "Qarabağ" matçı bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.