"Qarabağ"la "Qalatasaray" arasında baş tutacaq xeyriyyə matçının biletləri bu gün satışa çıxarılıb.

Sport24.az xəbər verir ki, oyuna böyük maraq var.

Ağdam klubundan verilən məlumata görə, bu gün 2 saat ərzində 25 min bilet satılıb.

Xatırladaq ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək sözügedən görüş saat 20:00-da başlayacaq. Bilet satışından əldə olunacaq gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.

Satış məntəqələri: 

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Iticket.az-ın satış məntəqələri;

“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.

Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.