Misli Premyer Liqasında qış fasiləsi başa çatdı. Sport24.az saytının 3-cü mövsümdü həyata keçirdiyi Premyer Liqanın BİLİCİsi layihəsində XIX turda yüzfaizli nəticə göstərən iştirakçı olmasa da, iki nəfər hərəyə 4 xal qazanmağı bacarıb. Bunlar turnir cədvəlinin aşağılarında qərarlaşan Ruslan Mikayıllı ilə Elmir Əliyevdi. Belə ki, hər ikisi aktivlərinə 4 xal yazıb. 

Lider Kənan Məstəliyev mövqeyini qoruyub ki, indi onun ən yaxın izləyicisi tək Ruslan Sadıqovdu. Səxavət Qurbanov artıq 3-cü pilləyə enib.  

XIX tura proqnozlarla aşağı linkdə tanış ola bilərsiniz:

(https://sport24.az/bizim-futbol/premyer-liqanin-bilicisi-uchuncu-dovrenin-ilk-turuna-proqnozlar_1)

 

XIX turdan sonra turnir cədvəli:

Kənan Məstəliyev - 63, Ruslan Sadıqov - 61, Səxavət Qurbanov - 60, Kənan Həsənov - 57, Süleyman Vəliyev - 56, Mehman Süleymanov, Faiq Tahirov, Ruslan Mikayıllı - hər üçü 55, Ceyhun Əliyev, Elmir Əliyev - hər ikisi 52, İbrahim Cəfərov - 38.