Şakir Seyidov "Kəpəz"in formasını geyinəcək. Sport24.az xəbər verir ki, futbolçu ilə iki illik müqavilə imzalanıb.

 

Müdafiəçi mövqeyində oynayan Seyidov 2023/2024-cü illər mövsümündə də "Kəpəz"in şərəfini qoruyub. Həmin dövrdə "Sabah"dan icarəyə götürülmüş oyunçu Gəncə təmsilçisində 28 matç keçirib və 1 qol vurub.

 

Qeyd edək ki, Şakir Seyidovun son klubu "Sabah" olub.