"Sabah" Ramin Quliyevin baş məşqçi postundan istefasından sonra Premyer Liqamızın ikinci dövrənin startında "Sumqayıt"la hazırda keçirilən ev matçına İqor Ponormayovun başçılığı altında çıxıb. Sport24.az xəbər verir ki, klubun idman direktoru olan 61 yaşlı Olimpiya çempionumuz "texniki zona"da komandaya rəhbərlik edir. 

Protokolda baş məşqçi əvəzi İlkin Hüseynov göstərilib ki, o, ehtiyat oyunçular skamyasında yer alıb. Sadəcə, təcrübəli mütəxəssisdə məşqçi lisenziyası olmadığından protokolda menecer kimi göstərlib. Necə ki, 2019/20 mövsümündə də belə idi və onda İqor Anatolyeviçlə birgə çalışan Quliyev mətbuat konfranslarına gəlirdi. İndisə Hüseynov bu ampluada olacaq.

Onu da bildirək ki, ilk hissənin sonuna 10 dəqiqə qalmış hesab açılmayıb. "Sabah" rəqiqbin millimizin də üzvü olan Murad Xaçayev matçın əvəvlində birbaşa qırmızı vərəqə aldığından say üstünlüyünə maıikdi.