"Əlbəttə, çox təəssüf edirik ki, Ramin Quliyev istefa verdi, biz də bunu qəbul etməli olduq. Raminə də çətin idi, çünki o, seytnota düşdü və bundan heç cür çıxa bilmirdi. İstənilən halda, olan oldu, Quliyev bugünkü gündə bizdən getdi". Bu fikirləri Sport24.az-a açıqlamasında "Sabah"ın idman direktoru İqor Ponomaryov deyib. 

Ramin Quliyevin istefasını şərh edən klub rəsmisi eyni zamanda gələcək perspektivdən də söz açıb. Bu, ilk növbədə növbəti turda - artıq sabah "Sumqayıt"la ev matçına komandanı kimin çıxaracağı ilə bağlıdı. Ponomaryov Quliyevin köməkçilərinin vəzifəsində qaldığını diqqətimizə çatdırıb: "İlkin və Rəşad Hüseynovlar, habelə qapıçılar üzrə məşqçi Vitali Kovalyov birgə işlərini davam etdirirlər və komandanı növbəti tura hazırlayırlar. Çalışacaqlar ki, komanda yaxşı oynasın. Çünki "Sabah"ın hədəfləri çox yüksəkdi və bunun üçün "material" yaxşıdı. Onların həm də şansı olacaq özlərini göstərisinlər ki, bu insanlar komandanı irəli apara bilərlər. Hazırkı vəziyyət elədi ki, İlkinlə Rəşad bu matçda baş məşqçi vəzifəsini icra edəcəklər".

Təbii ki, yaxın zamanda yeni baş məşqçi təyinatı olmalıdı və İqor Anatolyeviçdən bu haqda soruşmaya bilməzdik: "Hələ bu istiqamətdə heç nə məlum deyil. Bu məsələdə bütün istiqamətlərdə işləyəcəyik. Buna görə nə qədər uzun müddət baş məşqçisiz olacağıq - bu da sualdı. Ancaq bunun üzərində işləyirik. Çalışacağıq ki, doğru təyinat reallaşdıraq, yaxud yaranmış vəziyyətdə düzgün seçim edək". 

 

 

MEHMAN SÜLEYMANOV