Veteranlar İttifaqının rəhbəri Oqtay Abdullayev yaxın günlərdə AFFA-nın prezidenti Rövşən Nəcəflə görüşməyi planlaşdırır. Bu barədə Sport24.az-a özü məlumat verib:

 

"AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevə müraciət edib assosiasiyanın prezidenti Rövşən Nəcəflə görüşmək istədiyimi söyləmişəm. Onu da bildirimişəm ki, ondan başqa heç kim, yəni köməkçisi və ya müşaviri məni qəbul etsə, həmin görüşə getməyəcəm. Veteranların da ölkə futbolu ilə bağlı müəyyən fikirləri, deyiləsi sözləri var. Sonra deməsinlər ki, futbolumuzun bu günə düşməsində veteranların da günahı var. Qurumun indiki rəhbərliyi bu günə kimi veteranlarla nə görüşüb, nə də fikirlərini dinləyib".

 

Qeyd edək ki, Abdullayev bir müddət əvvəl saytımıza verdiyi açıqlamada AFFA prezidenti ilə görüşmək üçün 2 dəfə müraciət etdiyini, ancaq müraciətinə qarşılıq verilmədiyini bildirmişdi.