"Sabah" Misli Premyer Liqasının XV turunun "Turan Tovuz"la səfər matçında əsas heyət üzvü Anatoli Nuriyevun xidmətindən məhrum olub. Sport24.az-ın Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki, millimizin üvvü xəstələndiyindən adı, ümumiyyətlə, oyunun protokolunda yoxdu.

Bu haqda məlumat aldığımız klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovdan öyrəndik ki, yarımmüdafiəçi səfərə gətirilməyib.

Onu da bildirək ki, ""Sabah" dünən Tovuza gələrək son məşqini burda keçirib.

 

 

MEHMAN SÜLEYMANOV, Tovuz