Niderland Erediviziyasında 2025/26 mövsümünün çempionu müəyyənləşib. Sport24.az xəbər verir ki, Peter Boszun rəhbərlik etdiyi PSV çempionatın bitməsinə beş tur qalmış "qızıl"a sahib çıxıb. 

 

Eyndhoven təmsilçisinin ən yaxın izləyicisi "Feyenoord"un "Volendam"la heç-heçə etməsi (0:0) PSV-nin işinə yarayıb. 29 turdan sonra 71 xalı olan PSV ikinci pillədəki rəqibini 17 xal qabaqlayır ki, bu da onları əlçatmaz edir.

 

2023-cü ildə komandanın "sükanı arxasına" keçən 62 yaşlı Peter Bosz PSV ilə ardıcıl üçüncü ölkə çempionluğunu qazanıb. O, bu müddət ərzində həmçinin iki dəfə Niderland Superkubokuna da sahib çıxıb.

 

Qeyd edək ki, bu, Eyndhoven klubunun ardıcıl 3-cü, ümumilikdə isə 27-ci çempionluğudur. Komanda cari mövsümdə 29 matçda 23 qələbə qazanıb.