"Neftçi" və "Zirə"nin Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibləri məlum olub. Sport24.az xəbər verir ki, "ağ-qaralar" II mərhələni keçsə, növbəti rəqibi "Jelezniçar" – "Braqa" cütünün qalibi ilə qarşılaşacaq.

 

"Zirə" isə "Payde" (Estoniya) səddini aşarsa, III təsnifatda "Santa Koloma" (Andorra) – "Rapid" (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.