"Neftçi" yeni oyunçu ilə razılığa gəlib. Sport24.az xəbər verir ki, "ağ-qaralar" yeni qapıçı icarəyə götürüb. Ruslan Samiqullini "Sabah"dan icarəyə götürən paytaxt təmsilçisi futbolçu ilə bir illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, "Neftçi" bu yay 2 qapıçısı ilə vidalaşıb.

 

Xroniki zədələrdən əziyyət çəkən Aqil Məmmədov karyerasını 35 yaşında bitirmək məcburiyyətində qalmışdı. Xorvatiyalı İvan Brkiç isə Polşada "Motor"la müqavilə imzalayıb.