Polşada təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama oyununu keçirəcək. Sport24.az xəbər verir ki, "ağ-qaralar", Kipr təmsilçisi AEL-lə üz-üzə gələcək.

 

Byalobjeqdə yerləşən "Mieyski" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. gerçəkləşəcək.

 

Qeyd edək ki, bundan əvvəl "Hapoel" (Təl-Əviv, İsrail, 1:1) və "Termalika" (Polşa, 2:2) ilə qarşılaşan "Neftçi"nin "Asteras" (Tripolis, Yunanıstan) ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.