Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 18-ci tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma Bakıda baş tutacaq.
Günün ilk görüşü Mərdəkanda keçiriləcək. "Neftçi" "Araz-Naxçıvan"ın qonağı olacaq. Hazırda aktivində 27 xal olan meydan sahibləri qələbə qazanacağı halda dünən məğlub olan "Zirə"ni ötərək turnir cədvəlində mövqeyini bir pillə yaxşalışadıraraq 5-ci yerə yüksələ bilər. Qonaqlar isə 3 xal qazanacağı təqdirdə dünən "Şamaxı"ya təhvil verdikləri 7-ci pilləyə dönəcək.
Qeyd edək ki, oyunun start fiti saat 16:00-da səslənəcək.
Misli Premyer Liqası
II dövrə, XVIII tur
16:00. "Araz-Naxçıvan" - "Neftçi"
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Alik Yunusov
VAR: Vüqar Həsənli
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Nəriman Axundov
Mərdəkan. "Liv Bona Dea Arena".