"Torino" "Napoli"nin müdafiəçisi Luka Marianuççini mövsümün sonuna qədər icarəyə götürüb. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı italyan futbolçu 2025/26 mövsümündə iki oyunda bir məhsuldar ötürmə edib. Onun "Napoli" ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.
Qeyd edək ki, Marianuççi daha əvvəl "Empoli" və "Pro Sesto" klublarında oynayıb. "Transfermarkt" portalı onun transfer dəyərini 7,5 milyon avro olaraq qiymətləndirir.