"Sumqayıt"la vidalaşan Cordan Rezabala karyerasını yenidən Azərbaycanda davam etdirə bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, ekvadorlu futbolçunun xidmətində "Neftçi" maraqlıdı.
Ancaq keçidin reallaşmasında problem yaranıb. 24 yaşlı futbolçunun ailəsi Bakıda yaşamaq istəmir. lakin məsələyə nöqtə qoyulmayıb. Futbolçu vətənində sərfəli təklif almayacağı təqdirdə "ağ-qaralar"la anlaşa biləcəyini bildirib.
Qeyd edək ki, bu ilin fevralından "kimyaçılar"ın formasını geyinən hücumameyilli yarımmüdafiəçi ümumilikdə 20 oyunda meydana çıxıb və 3 qol, məhsuldar ötürmə ilə yadda qalıb.