“Neftçi”nin yeni transferi Qodsvey Donyo keçmiş klubu “Makkabi” (Hayfa, İsrail) ilə vidalaşıb.

Sport24.az xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Qanalı futbolçu bunları yazıb:

“İki gözəl mövsüm üçün “Makkab”yə təşəkkür edirəm. Koronavirus pandemiyasının futbol dünyasına problem yaratdığı çətin bir zamanda İsrailə gəldim. Gözəl azarkeşlərimiz olmadan oynamağı öyrənməli idik. Bütün bunlara və çətin mübarizəyə baxmayaraq, on ildən sonra nəhayət, çempionluğu qazandıq. Bu, mənim ilk çempionluq titulum idi. Bu tarixin bir hissəsi olmaqdan çox qürur duyuram və fəxr edirəm. Növbəti mövsümdə bütün titulları qazanaraq daha bir tarix yazmaq istəyirdik, lakin təəssüf ki, bu, baş vermədi. Ümumilikdə üç titul və çempionluq qazandığımız unudulmaz mövsümdən sonra “yaşıl ailə”nin bir hissəsi olmaqdan xoşbəxt və qürurluyam. İsraildə olduğum müddətdə aldığım bütün məhəbbət və dəstəyə görə çox minnətdaram, həqiqətən, özümü evdəki kimi hiss edirdim. Kaş ki, daha çox qala biləydim, amma şəraitə görə alınmadı. Klub və azarkeşlərin mənim qəlbimdə həmişə xüsusi yeri olacaq. Gələcəkdə sizə ən yaxşısını arzulayıram. Bir dəfə yaşıl, həmişə yaşıl…”