"Neftçi" cari mövsümün sonundavidalaşaağı futbolçulardan biri açıqlanıb. Sport24.az xəbər verir ki, bu, Rener Alvesdi.

Onunla yolların ayrılacağı haqda "Neftçi"nin baş məşqçisi Samir Abasov klub televiziyasında yayımlanan "Neftçi" mediada" verilişində azarkeşlərin suallarını cavablandırarkən deyib.

43 yaşlı mütəxəssis mütəxəssis bildirib ki, braziliyalı futbolçuya şans vermək yox, ondan uzaqlaşmaq lazımdır: "Çünki bizə xeyir verə biləcək səviyyədə deyil. Əvəzedici heyətdə olan uşaqlar ondan daha effektlidir. Alvesdə hansısa keyfiyyətləri görmürüksə, onu meydana buraxıb kiməsə göstərmək fikrində deyilik".

Qeyd edək ki, "Neftçi"yə ötən yay keçən 20 yaşlı Alves hələ də rəsmən debüt etməyib.