"Səbail"in legioneri Kizito Luvaqa Misli Premyer Liqasının XX turunda "Kəpəz"lə ev matçında ciddi zədələnib. Sport24.az xəbər verir ki, uqandalı hücumçu 28-ci dəqiqədə rəqibin kapitanı olan sol cinah müdafiəçisi Yusif Nəbiyevlə hava mübarizəsində başından ağır xəsarət alıb.

İlkin tibbi yardımdan sonra futbolçunun əvəzlənməsinə işarə edilib. Xərəklə meydandan çıxarılan Kizito ambulansla xəstəxanaya aparılıb. Luvaqanı Samir Abdullayev əvəzləyib.