"Neftçi"nin legioneri Harramiz Soares "Qəbələ"nin transfer siyahısında olub. "Ağ-qaralar"ın baş məşqçisi Samir Abasov Sport24.az-a açıqlamasında yay fasiləsində heyətlərinə cəlb etdikləri 31 yaşlı bu legionerlə qəbələlilərin ciddi maraqlanması haqda həmkarından məlumat aldığını söyləyib: "Bakıda keçirilən AVRO-2020 matçları zamanı klubların baş məşqçilərini dəvət etmişdilər, sağ olsun AFFA, Bkaı Olimpiya Stadionunda bizə də "sky-box" vermişdi. Premyer Liqamızda çalışan bütün baş məşqçilər bir yerdə oyuna baxırdıq. Orda "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev dedi ki, Harramizə baxırdıq, həddindən artıq yaxşı futbolçudu. Sadəcə. onu maddi imkanlarımız olmadı deyə gətirə bilmədik. Elmarla bu yöndə söhbət eləmişdik"

Xatırladaq ki, "Neftçi"yə Portuqaluyanın I liqasının çempionu "Eştoril"dən gələn Harramiz San Tome və Prinsipidən ilk futbolçu kimi milli çempionatlarımızın tarixinə düşüb. 

 

 

MEHMAN SÜLEYMANOV