Afrika Millətlər Liqasında qrup mərhələsinin II turunun oyunları keçirilir. Sport24.az xəbər verir ki, B qrupunda Seneqal və Qvineya milli komandaları üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Qvineya millisində "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kaneyə şans verilməyib. 24 yaşlı futbolçu qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.

2 turdan sonra 4 xal toplayan Qvineya və Seneqal qrupda müqaviq olaraq 1-ci və 2-ci pillədə qərarlaşıb.