"Neftçi" son dövlərdə enişə doğru gedir. Komanda bəzi futbolçuları ilə yollarını ayırdı. Bu da oyun üslubuna, keyfiyyətə təsir edir". Bu sözləri Sport24.az-a açıqlamasında milli komandamızın məşqçisi Arif Əsədov Misli Premyer Liqasının XX turunda keçiriləcək "Neftçi" - "Zirə" oyununu dəyərləndirərkən deyib.

52 yaşlı mütəxəssis bu gün saat 17:30-da "Bakcell Arena"da baş tutacaq Bakı derbisində cütün qalibi mövzusunda şansların bərabər olduğunu bildirib: "Zirə" ötən tur qələbə qazandı. Bu komandanın avrokubok üçün tək yolu Premyer Liqadı. Ancaq "Neftçi"nin avrokuboka yollanmaq üçün kubok şansı davam edir. Buna baxmayaraq, çempionatda mübarizəyə davam etmək üçün "Neftçi"yə qələbə lazımdır. Düşünürəm ki, hər iki tərəfin şansı bərabərdi".

Xatırladaq ki, "Neftçi" qış fasiləsində müdafiəçi Mamadu Mbodj, yarımmüdafiəçi Yusuf Laval və hücumçu Qodsvey Donyonla yollarını ayırıb.

 

 

KAMAL RZA