UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” və Yunanıstan “Olimpiakos”u arasında keçiriləcək cavab görüşünün biletləri 26 iyul saat 12:00-da satışa çıxarılacaq.

Sport24.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Qiyməti 5 manat (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 manat (3B) və 20 manat (3A) təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək olar. Kassalar saat 21:00-dək işləyəcək.

Qeyd edək ki, iyulun 28-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Olimpiakos” oyununa saat 21:00-da start veriləcək.