Millimizin futbolçusu Namiq Ələsgərov karyerasını yenidən Azərbaycanda davam etdirməyə yaxındı. Sport24.az-ın əldə etdiyi məlumata görə, "Neftçi" keçən mövsümü "Bursaspor"da keçirmiş keçmiş futbolçusuna təklif göndərib.

Namiqin yenidən bu klubda çıxış etmək variantı yetərincə yüksəkdi. Yeganə məqam odur ki, 27 yaşlı Ələsgərovun Azərbaycanda "Sabah"dan da təklifi var və özü də bu, maddi planda "ağ-qaralar"dan üstündü. Buna görə "Neftçi" gözləmə mövqeyində qalıb. 

Yekun qərarı Namiq verəcək ki, onu daha çox tanıdan klubu seçəcək, yoxsa daha cəlbedici təklifin qarşılığında yeni kluba keçidə. Bu yerdə bildirək ki, "Bakı"nın yetirməsi olan Ələsgərov daha çox "Neftçi"də çıxışıyla tanındı və karyerasında ilk dəfə legioner həyatı yaşadığı Türkiyəyə gedənədək keçən il 19 qolla Premyer Liqamızın bombardiri oldu.

Xatırladaq ki, Namiq "Bursaspor" II liqadan aşağı düşəndən sonra müqavilənin şərtlərinə əsasən sərbəst futbolçu olub.