"Gözlədiyim kimi bir qarşılaşma oldu". Bu sözləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Muarem Muarem deyib.
Keçmiş yarımmüdafiəçi Azərbaycan çempionunun Şimali Makedoniyada "Şkendiya"ya qalib gəldiyi (1:0) Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb:
"İki komandanın da qol epizodları oldu. Tərəflər üçün çətin oyun alındı. "Qarabağ" taktiki anlamda bəlkə bir az daha stabil görünürdü. Amma unutmayaq ki, cavab görüşü də var. Cütün taleyi həmin matçda həll olunacaq".
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək.