"Zirə"nin futbolçusu Əkbər Eyubov karyerasını I Liqa təmsilçisi "Mingəçevir"də davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı müfdafiəçi mövsümün sonuna qədər icarəyə götürülüb. O, yeni komandasında 33 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Mingəçevir" hazırda 21 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alır.