Albaniyada futbol üzrə ölkə çempionatının 14-cü turu keçirilir. Sport24.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" doğma meydanda "Flamurtari" ilə qarşılaşıb.

 

Matç 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Zamiq bu matçda meydana daxil ola bilməyib.

 

Qeyd edək ki, "Eqnatiya" 25 xalla 3-cü pillədə qərarlaşıb.