Azərbaycanlı futbolçu Zamiq Əliyev UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda qələbə sevincini yaşayıb. Sport24.az xəbər verir ki, onun çıxış etdiyi Albaniya təmsilçisi "Eqnatiya" səfərdə "Dinamo"(Minsk)üzərində 2:0 hesablı qələbə qazanıb.
Macarıstanda baş tutan qarşılaşmada start heyətində meydana çıxan Zamiq Əliyev 78-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Albaniya çempionu olan "Eqnatiya" bundan əvvəl Çempionlar Liqasının I təsnifat mərhələsində İslandiya təmsilçisi "Breydablik"ə iki oyunun nəticəsinə görə məğlub olmuşdu – 1:0 və 0:5.