Bolqarıstan çempionatının 18-ci turu start götürüb. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi "Arda" evdə "Botev"lə (Plovdiv) qarşılaşıb.

 

Oyun qolsuz heç-heçə (0-0) ilə başa çatıb.

 

Hüseynov meydana start heyətində çıxıb  və sona qədər oynayıb. "Arda" hazırda 21 xalla 9-cu yerdədir.