"Kəpəz" klubu Azərbaycanın U-21 millisinin iki üzvünü heyətinə qatıb. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

"Neftçi"nin yetirməsi olan Elcan Əbilov və son olaraq "Mingəçevir"də çıxış etmiş Raul Məmmədov növbəti mövsüm Gəncə təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Misli Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.