Emin Mahmudov 2025-ci ildə Azərbaycan millisinin tarixində bombardirlər siyahısına düşməklə adını statistikalara yazdırsa da, yığmada hələ də illərdir qırılmayan rekordlar mövcuddur.

Aparılan araşdırmaya görə, milli komandanın tarixində ən gənc yaşda qol vuran futbolçu rekordu artıq 19 ildir dəyişməz qalır. Bu göstərici 2007-ci ildə qeydə alınıb. Həmin il Azərbaycan millisinin Qırğızıstanla keçirdiyi yoldaşlıq görüşündə fərqlənən Vaqif Cavadov tarixə düşüb. Keçmiş yarımmüdafiəçi həmin vaxt cəmi 17 yaş, 9 ay və 14 günlük olub. O vaxtdan bəri heç bir futbolçu bu göstəricini yaxşılaşdıra bilməyib.

Millidə ən yaşlı qolçu rekordu isə hazırda "Zirə" klubunun baş məşqçisi olan Rəşad Sadıqova məxsusdur. Təcrübəli mütəxəssis futbolçu karyerası dövründə, 2017-ci ildə Azərbaycan millisinin San Marinonu 5:1 hesabı ilə məğlub etdiyi oyunda adını tabloya yazdırıb. Sadıqov həmin qarşılaşmada 35 yaş, 2 ay və 19 günlük yaşında qol vuraraq bu göstərici üzrə rekordçu olub.

Beləliklə, Emin Mahmudovun bombardirlər siyahısına daxil olması milli komandanın tarixində yeni səhifə açsa da, ən gənc və ən yaşlı qolçu rekordları hələ də uzun illərdir toxunulmaz olaraq qalır.

Qeyd edək ki, Emin Mahmudov (15 qol) ötən il Ukrayna millisi ilə matçda fərqlənmək Qurban Qurbanovun (14) rekordunu qıraraq millinin bombardiri olub.