Emin Mahmudov kapitanı olduğu Azərbaycan milli komandasının heyətində ən çox qol vuran futbolçuların sıralamasında ikinci pillədə artıq tək qərarlaşıb. Sport24.az xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsində Avstriya yığmasıyla səfər matçının 64-cü dəqiqəsində fərqlənən "Neftçi"nin 31 yaşlı yarımmüdafiəçisi yığmada ümumilikdə 10-cu qoluna sevinib.

Milli forma ilə 37-ci matçında bunu bacaran Mahmudov hesabında 9 qol olan komandanın keçmiş hücumçusu Vaqif Cavadovla daha şərik deyil. 

Xatırladaq ki, milli komandamızda qol rekordu hazırda "Qarabağ"ın baş məşqçisi olan Qurban Qurbanova məxsusdu. Onun yığmanın formasında 14 qolluq rekordu 20 ilə yaxındı əlçatmazdı. Nəhayət, Qurbanovdan sonra bir futbolçumuzun da qol sayı iki rəqəmli olub.