Bu gün Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində son matçına çıxıb. Sport24.az xəbər verir ki Canni de Byazinin komandası qrupun aşkar favoriti olan Belçika yığmasının qonağı olub.

Matç millimizin ağır məğlubiyyəti ilə yekunlaşıb. Artıq ilk hissədə rəqibin ulduz hücumçusu Romelu Lukaku pokerə imza atıb. Meydan sahibləri 2-ci hissədə 1 qol vuraraq 5:0 hesablı qələbə qazanıb.

Onu da bildirək ki, yığmamız hesabda 0:1 geridə olanda yarımmüdafiəçisi Eddi İsrafilov qırmızı vərəqə alıb və görüşün böyük hissəsini azlıqda keçirib.

Belçika bu qələbədən sonra 20 xalla qrup lideri olub. Azərbaycan isə 7 xalla 4-cü yeri tutub.

 

19 noyabr (bazar)

21:00. Belçika - Azərbaycan  - 5:0 

Qollar: R.Lukaku, 17, 26, 30, 37, L.Trossard, 90

Qırmızı vərəqə: E.İsrafilov (2-ci vərəqə)

Baş hakim: Gergo Bogar (Macarıstan)

Brüssel. “King Baudouin Stadium”

Belçika: 12. Kun Kastels, 4. Vaut Fas, 5. Yan Vertongen, 21. Timoti Kastan, 3. Artur Teat, 18. Orel Manqala, 6. Aster Vranks, 9. Leandro Trossard, 19. Yohan Bakayoko, 7. Ceremi Doku, 10. Romelu Lukaku (k)

Baş məşqçi: Domeniko Tedesko

 

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqverdi, 3. Elvin Cəfərquliyev, 17. Toral Bayramov, 14. Eddi İsrafilov, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 9. Renat Dadaşov

Baş məşqçi: Canni De Byazi