U-19 yığmamızın yeni baş məşqçisi Miloş Velebit olacaq. Sport24.az xəbər verir ki. serbiyalı mütəxəssis bunadək U-18-in baş məşqçisi idi. Velebitin AFFA ilə  mövcud müqaviləsi olduğundan, yaş qrupuna əsasən avtomatik U-19-a keçib.

Velebit bundan əvvəl  U-15 və U-16 millimizi də çalışdırıb. O, eyni zamanda U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərib.

Xatırladaq ki,  AFFA İcraiyyə Komitəsinin dünənki iclasından sonra aşağı yaş qruplarından ibarət milli komandalara baş məşqçi təyinatları açıqlanıb. Belə ki, U-15/U-16 millisi Füzuli Məmmədova, U-17 Elxan Abdullayevə, U-18 Aqil Nəbiyevə tapşırılıb. Nəbiyev bunadək U-17-nin, Abdullayev U-19-nin baş məşqçisi olub.