17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində ilk oyununu keçirib. Sport24.az xəbər verir ki, millimiz meydan sahibləri ilə qarşılaşıb.

 

"ABFF Technical Center"də təşkil olunan matç Belarusun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Yığmamızın digər rəqiblərinin oyununda Özbəkistan Tacikistana qalib gəlib - 2:1.

 

Qeyd edək ki, U-17 növbəti görüşünü aprelin 25-də Özbəkistana qarşı keçiricək. Oyun 16:00-da start götürəcək.